banner
banner

Sağlamlıq

Qazlı suyun orqanizmə ziyanları

Qazlı suyun orqanizmə ziyanları

Gündəlik qida rasionuna daxil olan qazlı suların orqanizmə vurduğu zərərdən çoxları xəbərdar deyil.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, mütəxəssislərin qənaətinə görə, gündə 1 şüşə qazlı su içmək xüsusilə uşaqlarda yaddaşın zəifləməsinə səbəb olur. Ona görə də həkimlər valideynlərə uşaqların şirin, qazlı sulardan istifadə etməsini minimuma endirməyi məsləhət görürlər.

Şirin qazlı içkilərin orqanizmə zərərli təsirinin daha çox olduğunu bildirən həkim-endokrinoloq Gülay Məmmədova deyib: "Xüsusilə də sintetik qablarda olan istər rəngli, istərsə də rəngsiz qazlı içkilərin uzun müddət saxlanılması orqanizmə mənfi təsir göstərir. Plastik qabların tərkibindəki bəzi kimyəvi materiallar suyun tərkibinə keçərək orqanizmə ziyan vurur". Aparılan laborator araşdırmalar göstərir ki, həddindən artıq şəkərli və qazlı su içənlərin qan təzyiqi çox vaxt yüksək olur, hətta insulta aparıb çıxara bilir. Üstəlik qazlı su diabet xəstələrində şəkərin miqdarının artması təhlükəsi yaradır.

Həkim-endokrinoloqun dediyinə görə, orqanizmin suya olan tələbatını ödəməyin ən yaxşı yolu adi, qatqısız və rəngsiz su içməkdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.