banner
banner

Gündəm

Sevinc Osmanqızıdan REAL Partiyasına ittiham: "...cınqırlarını çıxarmadılar" - ("Screen"lər)

Sevinc Osmanqızıdan REAL Partiyasına ittiham:

Hazırda ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı facebookda qalmaqallı status yazıb. O, Real Partiyasının üzvlərini onu müdafiə etməməkdə qınayıb. O, bunu REAL-çıların hakimiyyətlə gizli əlaqələrinin olması ilə əlaqələndirib. 

Musavat.com xəbər verir ki, S.Osmanqızı Arif Yunusun bir müddət öncə bu mövzuda yazdığı bir statusu paylaşaraq, "Real"çılar barədə aşağıdakıları yazıb: "Bu paylaşımı indi gördüm, amma keçiləsi deyil, paylaşıram. Öz aramızdı, mənim də məsələmdə hətta qatı llhamsevərlərdən belə "ayıbdır", "rəzillikdir", "Azərbaycan kişisi kimi xəcalət çəkirəm" kimi ürək yanğısı gördüm. Amma İlqar dostumuz başda olmaqla, bir Realçı da cınqırını belə çıxarmadı. Sanki belə də olmalıdır, jurnalistləri şantaj edirlər, etsinlər də...

Nə deyim vallah! Bəlkə, doğrudan da, bir vaxtlar "zoopark" dedikləri yerə düşmək üçün adamlıqdan çıxmalısan?".



Xatırladaq ki, A.Yunus da 26 apreldə Real sədri İ.Məmmədov barədə aşağıdakıları yazmışdı: "Ay millət, niyə yapışmışınız İlqar bəyin “gah bu divara, gah o divara görə ağlamayın” sözlərə? Axı o siyasətçidir, onun üçün zooparkın kreslosu daha vacibdir. Və bir gün bu hakimiyyət lap Qız qalasını söksə, noolsun? Adı daşlardır onun üçün. Tak çto, mehriban olun və 18 aydan sonra ilhamla irəli seçkilərə!"

Картинки по запросу natiq cəfərli canlı yayın

Musavat.com bu ittihamlara Real Partiyasının icra katibi Natiq Cəfərlinin münasibətini öyrənib. N.Cəfərli bildirib ki, S.Osmanqızının bu statusundan xəbəri olsa da, ona münasibət bildirməyə ehtiyac duymayıb: "Biz bu barədə şərh vermək istəmirik. Bu, doğru deyil. Osmanqızı ilə bağlı olaya münasibət bildirmişəm. Sosial şəbəkədə bu barədə statusum var. İstəyən tanış ola bilər". 

N.Cəfərlinin bu mövzuda yazdığı statusu təqdim edirik. 


 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.