ABŞ Türkiyə poladı üçün gömrük rüsumunu 25 faizə endirib
ABŞ Türkiyə poladı üçün gömrük rüsumunu 50 faizdən 25 faizə qədər azaldıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evdən bildiriblər.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp öz ölkəsinin Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edib.
D.Trampın Konqressə göndərdiyi bildirişdə deyilir: "Mən qərara gəldim ki, onun iqtisadi inkifına əsaslanaraq mayın 17-dən Türkiyənin inkişafda olan ölkə-resipient statusuna yekun vermək lazımdır"
D.Trampın bu qərarı Türkiyə mallarının ABŞ-a ixrcına mənfi təsir göstərəcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.