banner
banner

Gündəm

BDU-da 28 May - Respublika Günü qeyd edilib

BDU-da 28 May - Respublika Günü qeyd edilib

Bakı Dövlət Universitetində 28 May - Respublika gününə həsr olunmuş tədbir keçirilib.Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Rektor Elçin Babayev Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən, dövlət quruculuğu prosesində bir sıra ciddi tədbirlərin həyata keçirilməsindən və 1919-cu ildə Azərbaycan xalqının elm, təhsil və mədəniyyət mərkəzi rolunu oynayan Bakı Dövlət Universitetinin yaranmasından bəhs edib.

Ölkəmizin müasir müstəqillik dövründə keçdiyi inkişaf yolu barədə məlumat verən rektor Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.

Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə diqqət çəkən rektor ölkə iqtisadiyyatının sürətli və dinamik inkişafı, Azərbaycanın dünyada müstəqil xarici siyasət yürüdən ölkə kimi tanınması, hərtərəfli inkişaf strategiyası və onun təsirləri barədə də məlumat verib.

 

Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü, millət vəkili, professor Bəxtiyar Əliyev və universitetin kafedra müdiri, professor Anar İsgəndərov 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifəsi olduğunu qeyd edərək, müstəqil Azərbaycanın uğurlarından bəhs ediblər.

Tədbir universitet tələbələrinin ifasında bədii hissə ilə yekunlaşıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.