banner
banner

Sosİal

Vətəndaşlara xəbərdarlıq edildi!

Vətəndaşlara xəbərdarlıq edildi!

Maliyyə və Vergilər Nazirliyi vətəndaşlara müraciət edib.
Vergilər Nazirliyi bəyan edir ki, mart ayının 31-i mənfəət, gəlir, əmlak və yol vergisi üzrə bəyannamələrin vergi orqanlarına təqdim edilməsinin son müddətidir. Bu gün ərzində vergilər tam həcmdə ödənilməlidir. Əks halda vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə qarşı 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda isə yayındırılmış vergi məbləğinin 50%-i miqdarında cərimə olunacaq.

Vergilər qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, bir ildən çox olmamaqla ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1%-i miqdarında faiz tutulur.

Maliyyə Nazirliyi isə qeyri-hökumət təşkilatlarına müraciət edib. Qurum bəyan edir ki, onlar illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Əks halda İnzibati Xətalar Məcəlləsinə görə, inzibati tənbeh nəzərdə tutulub. Bu isə vəzifəli şəxslər üçün 300-400 manat, hüquqi şəxslər üçün 500-2000 manat cərimə deməkdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.