Oktyabrın 25-i axşamdan, 26-da gün ərzində Bakı və Abşeron yarımadasında hava küləkli olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev anspress-ə açıqlamasında bildirib ki, oktyabrın 25-i gecəyə doğru və 26-da yağış yağacağı ehtimal olunur. Oktyabrın 25-dən 26-na keçən gecə küləyin sürəti artacaq. Havanın temperaturu oktyabrın 26-da və 27-də gündüz saatlarında 8-12 dərəcə isti olacaq.
Bölgələrdə oktyabrın 25-i günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Aran rayonlarında havanın temperaturu 9-14 dərəcə, dağlıq ərazilərdə isə 1-6 dərəcə isti olacaq.
Bu gün ölkə ərazisində temperaturun 17-22 dərəcə isti olacağı gözlənilirsə, oktyabrın 27-də temperatur 8-12 dərəcəyə düşəcək. Buna əsasən də havanın temperaturu bu günlərlə müqayisədə 10-12 dərəcə düşəcək.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti yaxın 3 gün ərzində - oktyabrın 25-i axşam, 26-sı və 27-də davam edəcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.