Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistrların proqram seçiminin başlandığını bildirib. Cia.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən verdiyi məlumata görə, magistraturaya qəbul imtahanın I mərhələsində iştirak etmiş və müsabiqə şərtini ödəmiş bakalavrların "Bakalavrın elektron ərizəsi"ndə qəbul proqramının seçilməsi və təsdiqi prosesinə başlanılıb. Bakalavrlar bunun üçün https://eservices.tqdk.gov.az/erizemag/proqram/?frm=egov linkinə daxil olub öz seçimlərini etməlidirlər. Qeyd edək ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarının birinci mərhələsi fevralın 22-də keçirilib.
Aprelin 1-dən 10-dək proqram seçimi olacaq. Qəbul imtahanının ikinci mərhələsi isə aprelin 26-da keçiriləcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.