banner
banner

Sosİal

Sürət hədlərində dəyişiklik- Bakıda VİDEO

Sürət hədlərində dəyişiklik- Bakıda
Bu gün Bakıda bəzi yollarda endirilmiş sürət hədləri əvvəlki vəziyyətinə qaytarılıb. 

Bunu “APA-Economics”ə açıqlamasında Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.

 Onun sözlərinə görə, Böyükşor yol qovşağı - Heydər Əliyev Beynəlxalq Aeroportu -  Bilgəh, eləcə də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu beton yolda azaldılmış hərəkət sürətinin həddi əvvəlki vəziyyətinə qaytarılıb.

 Qeyd edək ki, bu dəyişiklik Bakıda hava şəraitinin pisləşməsi səbəbindən bu yollarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılmışdı. Belə ki, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilmiş, bununla bağlı yollardakı elektron tablolarda da dəyişiklik edilmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.