Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi müvafiq icazə almadan reklam yayan nəqliyyat vasitələrinin sahiblərinə xəbərdarlıq edib. Paytaxtın inzibati ərazisində idarə edilən nəqliyyat vasitələrinin üzərində reklam materiallarının qanunsuz olaraq, yəni müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan yayılması faktlarına tez-tez rast gəlinir. Bu isə qanun pozuntusu hesab olunur. Yol polisinin apardığı reydlər zamanı bəzi taksi fəaliyyəti ilə məşğul olan avtomobillər, eləcə də avtobus və yük maşınlarının üzərilərində qanunsuz reklam fəaliyyəti ilə əlaqədar 100-dən artıq sürücü saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib. Reklam haqqında qanunvericiliyin pozulmasına görə, saxlanılan nəqliyyat vasitələrinin əksəriyyətinin hüquqi şəxslərə məxsus olduğu müəyyənləşib.
BŞBDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədovun sözlərinə görə, bu cür sürücülərə dəfələrlə xəbərdarlıq edilib, amma hələ də qanuni icazəsi olmadan reklam daşıyanlar kifayət qədərdir. Bunlara qarşı daima reydlər keçiriləcək.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu cür fəaliyyətlə məşğul olan sürücülərə bir daha xəbərdarlıq edib bildirir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 150 manatdan 200 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2 min manatadək cərimə edililəcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.