Aktrisa Bergüzar Korel və aktyor Halit Ergenç cütlüyü menecerləri Ayşe Barımın doğum günü partisinə qatılıb.
Axşam.az xəbər verir ki, restorandan çıxıb evinə getməyə hazırlaşan cütlük obyektivlərə tuş gəlib.
Korel və Halit "Uzun zamandır bu qədər əylənməmişdik. Çok gözəl bir parti idi" deyib.
Bergüzarın fotoqrafları görəndə qarnını gizlətməsi diqqətdən yayınmayıb. onun hamilə olması ilə bağlı söz-söhbətlər yayılıb. Bundan əvvəl ikinci dəfə ana olması ilə bağlı suala aktrisa "Analığı sevirəm. Oğlum Əliyə bir bacı istəyərik" cavabını vermişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.