banner
banner

Sosİal

Yol polisi “protiv” gedir – Sürət 120 + Video

Yol polisi “protiv” gedir

Bakıda Dövlət Yol Polisi əməkdaşının törətdiyi qayda pozuntusu bütün sərhədləri aşıb.

Bakı-Ələt yolunda DYP avtomobili yolun əks istiqamətinə çıxaraq 110 km/saat sürətlə hərəkət edib. DYP avtomobilinin videogörüntülərini Day.Az saytına oxuculardan biri göndərib.
Videodan da aydın görünür ki, DYP avtomobili yolun əks istiqamətində yüksək sürətlə hərəkət edərək böyük təhlükə yaradır. Həmin vaxt qarşı tərəfdən də yüksək sürətlə avtomobillər gəlir. Maşın gedən zaman işıq siqnalları da qoşulmayıb.

Məsələ ilə bağlı Day.Az-ın əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. "Mən həmin video ilə tanış deyiləm. Ola bilər ki, DYP avtomobili hadisə yerinə tələsib. Yol polisi əməkdaşları yol hərəkəti qaydalarından kənara çıxa bilərlər. Qanun onlara icazə verir. Həmin videoya baxmaq lazımdır. Yol polisi inspektoru təhlükəli vəziyyət yarada bilməz! Ancaq DYP maşını əks istiqamətdə gedirsə, təhlükəsizlik məqsədi ilə mayakları yandırmalıdır. Videonu görmədiyim üçün bu barədə bir söz deyə bilmərəm", - Kamran Əliyev deyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.