Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində "Atmosfer havasının mühafizəsi haqqında"qanunvericiliyin tələblərinin təmin edilməsi, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitəsinin istismara buraxılmasının qadağan edilməsi ilə bağlı "Təmiz hava" aylığını davam etdirib.
Trend-in məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi (BŞDYP) İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə açıqlamasında bildirib ki, avqustun 1-dən 15-dək paytaxtın küçə və prospektlərində və 9 müəssisədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ekoloji vəziyyətin yaxşılaşdırılması və nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində 9 avtonəqliyyat müəssisəsi və avtomibil sexlərində yoxlama aparılıb, 101 avtomobil yoxlanılıb. Həmin avomobillərdən 4-də mühərrikin işlənmiş qazlarından zərərli maddələrin miqdarının normadan artıq olması aşkarlanıb. Yoxlama zamanı həmin avtomobillərdə karbon oksidin miqdarı norma həddinə endirilib və onların istismarına icazə verilib.
V.Əsədov bildirib ki, 15 gün ərzində yol patrul xidməti əməkdaşlarının keçirdiyi yoxlamalar zamanı 280 nəqliyyat vasitəsi yoxlanılıb, onlardan 43 avtomobilin mühərriklərinin işlənmiş qazlardan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib. Həmin avtomobillərin sürücüləri barədə inzibati protokol tərtib edilib. Həmçinin, yoxlamaların gedişi zamanı aşkar olunmuş qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.