Dağlıq Qarabağda qondarma "erməni soyqırımı"na həsr olunmuş park
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Laçın rayonu ərazisində qondarma "erməni soyqırımı"nın "yüz illiyi"nə həsr olunmuş bağ salınıb. "Report" "Kavkazskiy uzel"ə istinadən xəbər verir ki, "100 il - 100 ağac" adlandırılan bağ Laçın şəhərinin mərkəzində, İrəvan-Xankəndi trasının kənarında yerləşir. Azərbaycanın Laçın rayonu 1992-ci il 17 may tarixində Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.