Keçmiş türkiyəli rəqqasə Asena uzun saçlarını kəsdirib.
Axşam.az xəbər verir ki, keçmiş həyatına silgi çəkmək istəyən rəqqasə hər kəsin bəyəndiyi saçlarından da qurtulmaq qərarına gəlib. Əri isə onu bu halda görüb tanımayıb.
"Ani qərarla saçlarımı kəsdirdim. Həsən məni görüb tanımadı. Bir neçə dəqiqə özünə gələ bilmədi. Ancaq sonra çox bəyəndi. Mənim üçün də çox yaxşı oldu. Sanki üstümdən illərin yükü getdi" deyə, Asena bildirib.
Keçmiş rəqqasənin illər öncə çəkdirdiyi açıq-saçıq fotolarını internetdən silmək üçün bir firma ilə razılaşdığı iddia edilir.
Qeyd edək ki, Asena əri, iş adamı Həsən Dərə ilə 2 il əvvəl evlənib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.