"TV8"in rəhbəri Acun Ilıcalı ilə boşandıqdan sonra italyalı dj Guida Senia ilə eşq yaşamağa başlayan Şeyma Subaşı yeni fotosu ilə gündəm olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə tədbirə qatılan Şeymanın böyüyən qarnı ağıllara onun hamilə olduğu fikrini gətirib. o, özü isə bu haqda aşıqlama verməkdən boyun qaçırıb.
Qeyd edək ki, Şeyma ilə Acun cütlüyünün Melisa adında bir qızları var. Onlar boşandıqdan sonra uşaq atasının himayəsində qalıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.