Ruhani: Sanksiyalar davam etdikcə, müsbət dəyişiklik olmayacaq
ABŞ-ın İrana qarşı sanksiyaları davam etdikcə, regionda heç bir müsbət dəyişiklik olmayacaq.
Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Dövlət Həftəsi (24-30 avqust) münasibəti ilə bir sıra layihələrin açılışı ilə əlaqədar təşkil olunan tədbirdə deyib.
H.Ruhaninin sözlərinə görə, müsbət dəyişikliklərin açarı Vaşinqtonun əlindədir:
"Qərb ölkələri regionda əlavə təhlükəsizlik və region ölkələri ilə yaxşı əlaqələr qurmaq istəyirsə, addımlar atmalıdırlar.İranın hərbi doktrinası normal silahlara əsaslanır və nüvə silahı, kimyəvi silah, kütləvi qırğın silahlarına yer yoxdur".
Qeyd edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib və bir neçə mərhələdə sanksiyalar siyahısını genişləndirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.