Bakıda şagirdlərin sağlamlığını təhlükədə qoyan 8 məktəb bufetinin fəaliyyəti dayandırılıb, həmçinin 11 məktəbin bufet işçisi cərimə olunub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyovun imzaladığı əmrə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən müvafiq çıxarışlara əsasən, GEM tərəfindən həmin məktəblərdə yoxlamalar aparılıb və orada şagirdlərin qidalanmasının təşkilində bir sıra nöqsanlar aşkarlanıb.
Aşkarlanmış nöqsanlara görə “Gənclik" İaşə Birliyinin “Ankara Məktəbi” məktəb liseyinin bufetində fəaliyyət göstərən işçisi Xədicə Abdullayeva cərimə olunub.
Respublika GEM Nəsimi rayonu 54 nömrəli məktəbdə yoxlama apararkən şagirdlərin qidalanmasını təşkil edən “Doyuran” MMC-nin şifahi göstərişinə əsasən həmin bufetin fəaliyyətinin dayandırıldığı bildirilib. Lakin bufetdə ərzaq məhsullarının və kənar şəxsin olduğu aşkarlanıb.
Araşdırma zamanı həmin kənar şəxsin məktəbin bufetçisinin yaxın qohumu olduğu və onun fəaliyyətini dayandırmış bufetin qapısının şagirdlər tərəfindən sındırılması səbəbindən gəldiyi bildirilib, bu barədə yoxlayıcılara akt təqdim edilib. Yoxlamanın nəticəsi olaraq, “Doyuran” MMC-nin məsul şəxsləri barədə inzibati tədbir görülməsi üçün GEM tərəfindən çağırış vərəqəsi göndərildikdə isə, “Doyuran” MMC-nin fəaliyyətinin dayandırıldığı bildirilib. Bu barədə tədbir görülməsi üçün Təhsil Nazirliyinə məktub göndərilib.
Son vaxtlarda şagirdlərin qidalanmasında yol verdikləri nöqsanlara görə Binəqədi rayonu 30, 83, 99, 143, 205, 248 nömrəli, Sabunçu rayonu 80 nömrəli məktəblərin bufetlərinin fəaliyyəti dayandırılıb, Qaradağ rayonu 101, 127, 223, 288, 294, 321 nömrəli, Sabunçu rayonu 169 nömrəli, Suraxanı rayonu 275 nömrəli, Səbayel rayonu 162 və 190 nömrəli məktəblərin bufet işçiləri isə cərimə ediliblər.(lent.az)
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.