banner
banner

Sağlamlıq

Kardioloqlar bu miflə razılaşmır

Kardioloqlar bu miflə razılaşmır

Duzun normal miqdarda istifadəsinin insanın ürək-damar sisteminə mənfi təsiri cüzidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Kardioloqlar Cəmiyyətinin hesabatında deyilir.

"Tədqiqatımızın nəticələri duzdan istifadə ilə ürək-damar xəstəlikləri və ya ölüm arasında əlaqəni öyrənən elmi işlərin əksəriyyətinə uyğundur. Tədqiqatlar hətta az miqdarda duzun da zərərli olması barədə geniş yayılan mənfi mifi təsdiqləmir", - deyə Kanadanın McMaster universitetinin professoru Səlim Yusif bildirib. Onun sözlərinə görə, gün ərzində yalnız altı qramdan artıq duzun istifadəsi səhhətə mənfi təsir göstərə bilər.

Səlim Yusif, həmçinin ürək-damar xəstəliklərinə müsbət təsir göstərən faydalı maddələrin təkcə meyvələrdə deyil, həm də çərəzlərdə, süd məhsullarında və qırmızı ətdə də mövcud olduğunu qeyd edib.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.