banner
banner

Dünya

İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

İsrailin qırıcı təyyarələri Qəzza zolağında Həmasın 15 hərbi mövqeyinə hava zərbələri endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Bir müddət əvvəl İsrail Müdafiə Ordusunun qırıcı təyyarəsi Qəzza zolağının şimal və mərkəzi hissələrində Həmasın Hərbi Dəniz Qüvvələrinin bir sıra mövqelərinə və obyektlərinə, o cümlədən yeraltı tunel və silah istehsalı üzrə emalatxana da daxil olmaqla 15 terror mövqeyinə zərbələr endirib. Hücum Qəzza zolağından İsrail ərazisinə buraxılan iki raketə cavab olaraq həyata keçirilib".

 

Xatırladaq ki, ötən gün Qəzza zolağından İsrailin Aşkelon və Aşdod şəhərlərinə iki raket buraxılıb. Raketlər "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.