banner
banner

Dünya

Avtomobil "Trump Plaza"ya girdi - Xəsarət alan var

Avtomobil "Trump Plaza"ya girdi - Xəsarət alan var

Nyu York ştatında Nyu Roşşel şəhərində naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobil "Trump Plaza" qülləsinə girib.

Trend-in məlumatına görə, hadisə zamanı 1 nəfər xəsarət alıb. Xəsarət alan şəxsin isə otelin vestibülündə dayanan işçi olduğu bildirilir. Avtomobili idarə edən şəxsin isə hansı xəsarət alması məlum deyil, belə ki, o, hadisədən yerini dərhal tərk edib.

Polis hadisənin qəsdən törədilməsi faktını istisna edib, hadisəni adi qəza kimi qiymətləndirib. Bununla belə, qəza ilə bağlı araşdırma başlayıb.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.