banner
banner

Sağlamlıq

Bədənimizin ƏN ÇOX EHTİYAC DUYDUĞU 3 vitamin

Bədənimizin ƏN ÇOX EHTİYAC DUYDUĞU 3 vitamin

Vitamin və mineralları nə qədər qəbul etmək lazım olduğuna dair düzgün cavab yoxdur. Bu, insanların həyat tərzi, pəhriz və keçirdiyi xəstəliklərdən asılıdır. Bəlkə də kimsə daha çox kalsiuma ehtiyac duyur, digərləri C vitamininə. Bununla birlikdə bir çox hallarda üç vitamin çatışmazlığına daha çox rast gəlinir.

Milli.Az xəbər verir ki, immunoloq Hizer Modey onlar haqqında danışmaq qərarına gəlib. Bunun sayəsində ilk növbədə hansı vitaminləri qəbul etmək lazım olduğunu biləcəksiniz:

1. B vitamini

Bitki və heyvan mənşəli qidalarından B vitaminlərinin bütün növlərini (B12 istisna olmaqla) əldə edə bilərik. Buna baxmayaraq, bir çox insan bu maddələrin çatışmazlığından əziyyət çəkir. Niyə?

Onlar bədənimizin həyat fəaliyyəti üçün istifadə olunur. Detoksifikasiya üçün, enerji, sinir və immunitet sistemlərində. Bədənimiz bir çox funksiyanı yerinə yetirmək üçün bu qrup vitaminlərə etibar edir. Odur ki, B vitamini ilə zəngin qidaların qəbulu yetərli deyil.

B vitamini çatışmazlığı, ümumiyyətlə, bağırsaq problemləri ilə özünü göstərir. B12 çatışmazlığının bəzi ümumi əlamətləri nazik bağırsaqda bakterial böyümə və qıcıqlanmış bağırsaq sindromudur.

Sink

Sink bədənimiz üçün vacib bir mineraldir. Zərərli bakteriya və viruslara qarşı mübarizədə immun sistemimizə kömək edir. Sink bədəndə zəruri zülalların yaranmasına da kömək edir.

 

Çatışmazlığın qarşısını necə almaq olar? Daha çox dəniz məhsulları yeyin. İstiridyə, buğda cücərtisi (səməni suyu) sinklə çox zəngindir.

3. Maqnezium

Bu vitamin də sağlamlığımız üçün vacibdir. Bədənimiz bunun sayəsində 300 biokimyəvi reaksiya həyata keçirir. Təəssüf ki, məhsullarda bunların çoxu yoxdur. Odur ki, immunoloq, vitamin əlavələri qəbul etməyi məsləhət görür.

Maqneziumun müxtəlif formaları var. Hizer Modey maqnezium qlisinat qəbul edir. Bu, narahatlığı azaltmağa və yuxunu yaxşılaşdırmağa kömək edir, həmçinin laksativ təsir göstərmir. (publika.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.