Ermənistanda Andranik Qriqoryana haqq qazandıranların, onun Azərbaycan tərəfinə keçməsini doğru sayanların sayı artmaqdadır.
ANS PRESS-in məlumatına görə, erməni jurnalist Razmik Akopcanyan bu günlərdə yazdığı son məqaləsində bu cür düşünənələrin əhval-ruhiyyəsini əks etdirib. “Andranik Qriqoryan sadəcə erməni ordusunda baş verənləri bütün dünyaya göstərdi”, - deyə vurğulayan jurnalist erməni xalqını Azərbaycan tərəfə keçmiş erməni əsgəri satqın və qorxaq kimi qələmə verməməyə çağırıb.
Ermənistan ordusunun muzdlusu, 1991-ci ildə Azərbaycanın Xocavənd rayonunda anadan olmuş Andranik Qriqoryan bu il martın 22-də Azərbaycan tərəfə keçib. “Heç kim yaxşı həyatdan düşmən tərəfə keçmir. İsrail, ABŞ, yaxud Türkiyə ordusunda belə hadisə bir dəfə də baş verməyib. Belə bir örnək də yoxdur. Amma bizdə çox saydadır. Hələ çox olacaq”,- deyə Akopcanyan vurğulayır.
Erməni jurnalist Azərbaycan tərəfə keçmiş erməni əsgəri Andranik Qriqoryanın Ermənistan ordusuna etdiyi müraciəti də təqdir etdiyini gizlətməyib. “Hamını silahı yerə qoymağa, əsgər valideynlərini isə Azərbaycana keçməyə çağırıram. Mən bir məqsədlə - həyatımı qorumaq məqsədilə Azərbaycan tərəfə keçmişəm”,- deyə Andranik Qriqoryan vurğulamışdı.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.