ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Konqresdə impiçment prosedurunun başlamasını çevriliş adlandırıb.
Trend-in məlumatına görə, ABŞ prezidenti bununla bağlı bunları söyləyib: "Hər gün daha çox başa düşürəmki baş verənlərin impiçment deyil, insanları, səslərini, azadlıqlarını ikinci düzəlişlərini əllərindən almağa yönəlmiş bir çevrilişdir. Konstitusiyaya, dinə, hərbi vəziyyətə, Meksika ilə sərhəddəki divar və Amerika Birləşmiş Ştatları vətəndaşlarının Allah tərəfindən verilən hüquqların pozulmasıdır bu" deyə Tramp Twitter səhifəsində bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.