Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsilə birgə Silahlı Qüvvələrin yaranma gününə həsr olunmuş "Vətən uğrunda!" adlı hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirir
Müdafiə Nazirliyindən verilən məlumata görə, müsabiqədə 18-35 yaş arasında olan, yaxşı vokal qabiliyyətinə və hərbi-vətənpərvərlik mövzusunda mahnıları ifa etmək bacarığına malik hərbi qulluqçular və mülki gənclər iştirak edə bilər.
Mahnı müsabiqəsi cəbhəboyu bölgələri - Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Bərdə Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, eləcə də Gəncə və Naftalan şəhərlərini əhatə edcək.
Müsabiqədə Azərbaycanın digər rayon və şəhərlərində, o cümlədən xaricdə yaşayan gənclər iştirak edə bilərlər.
Qeyd edək ki, müsabiqədə şəxsən iştirak etmək vacib deyil. Bunun üçün müsabiqəyə təqdim ediləcək mahnının videorolikini elektron ünvana göndərmək kifayətdir.
Müsabiqədə iştirak etmək üçün müraciətləri Gəncə Qarnizonu Zabitlər Evinə (ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 56) və ya [email protected] elektron ünvanına göndərmək olar.
Bütün müsabiqə iştirakçılarının çıxışları www.gim.az saytında yerləşdiriləcək. Hər bir şəxs bütün ifaları izləmək, o cümlədən bəyəndiyi ifaçıya elktron səs vermək imkanına malik olacaq.
Birinci turun konsertləri hərbi hissələrin ərazilərində təşkil ediləcək. Mülki iştirakçılar üçün hərbi hissələrin ərazilərində gəzinti təşkil olunacaq. Onlar şəxsi heyətin sosial-məişət şəraiti, xidməti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Seçim turu konsertinin sonunda iştirakçılar üçün əsgər yeməkxanasında nahar təşkil ediləcək.
Müsabiqədə iştirak edənlərin ifalarını əməkdar artist Azərinin rəhbərliyi ilə peşəkar münsiflər heyəti həyata keçirəcək.
İkinci turun konsertləri Gəncə, Şəmkir, Beyləqan və Bərdə şəhərlərində keçiriləcək.
Müsabiqədə iştirak etmək üçün 10 aprel 2015-ci il tarixədək qeydiyyatdan keçmək vacibdir. //Qaynarinfo
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.