Prezident İlham Əliyevin böyük qızı Leyla Əliyevanın illər öncə çəkilmiş videosu yayılıb.
CİA.Az anspress-ə istinadən xəbər verir ki, görüntülər 19 il əvvəl, 1995-ci ildə “Bakılı oğlanlar” ŞHK-nun Heydər Əliyev Sarayında çıxışı zamanı çəkilib.
10 yaşlı Leyla Əliyeva səhnədə şeir söyləyir. Balaca Leyla damdabaca balasının dilindən yazılmış şeiri özünəməxsus şəkildə şirinliklə söyləyir.
Mən damdabacayam, boş evdə tək qalmaq dəhşətdir. Xahiş edirəm, getməyin!
Siz heç bilirsizmi evdə ən əsas şey nədir?
Xeyr, divarlar deyil! Hətta onun arxasında yaşayanlar da deyil.
Qonaqlardır əsas. Bəli, bəli, qonaqlardır.
Onlar artıq sizə gəlirlər, mən onların addımlarını eşidirəm.
Qarşılayın onları, onlar sizin qonaqlarınızdı!”
Leyla Əliyevanın çıxışını zalda izləyənlər arasında atası İlham Əliyev və anası Mehriban Əliyeva da görünür. Onlar qızlarının çıxışlarını sevinclə alqışlayırlar. Qeyd edək ki, Leyla xanım şairədir. Onun rus dilində qələmə aldığı şeirlər geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.