Türkiyəli aktrisa Meryem Uzerlinin yeni fotoları tənqid edilib.
Axşam.az xəbər verir ki, sənətçinin üzü çoxsaylı plastik əməliyyatlar nəticəsində tanınmaz hala düşüb. Dəfələrlə çənəsinə, dodağına dolğu etdirən aktrisaya izləyiciləri gözəlliyini itirəcəyi bağlı xəbərdarlıq etsələr də, o, heç kimi dinləmək istəmir.
Meryem bütün əməliyyatlarını dünyanın ən gənc milyarderi Kayli Cennerin həkimi, plastik cərrah Simon Ouriona etdirir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.