Bu terrorçunun “başına” 217 min dollar mükafat qoyulub
Kenyanın şimal-şərqində yerləşən Qarissa Universitetində 10 saatdan çox davam edən girov gərginliyindən sonra ölkənin təhlükəsizlik qüvvələri terrorçulara qarşı əməliyyat keçirib. 700-ə yaxın tələbəni girov götürmüş "Əl Şabab" qruplaşmasının döyüşçüləri universitetə hücum zamanı azı 70 girovu qətlə yetirib. 79 nəfər yaralanıb, hərbçilərin reydindən sonra 4 terrorçu öldürülüb, içəridə saxlanılan 500-dən çox tələbə xilas edilib. ÖLkənin Daxili İşlər Naziri Cozef Nikayserri universitet və ətraf ərazilərdə təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini bildirib. Yaranmış vəziyyətlə bağlı ölkənin bir çox rayonlarında komendant saatı elan olunub. Silahlı basqın zamanı bu ali təhsil ocağını yalnız 2 polis zabiti mühafizə edib. Hücumun 5 silahlı döyüşçü tərəfindən həyata keçirildiyi güman edilir. Silahlıları tələbələrin qaldığı yataqxanalara daxil olaraq xristiyanlarla müsəlmanları qruplara ayırıb, daha sonra müsəlman tələbələri sərbəst buraxıb.
Kenya hökümət universitetə edilmiş qanlı hücum planının "Əl Şabab" rəhbərlərindən olan Məhəmməd Kuno tərəfindən hazırlandığını bildirərək, onun “başına” 217 min dollar mükafat qoyub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.