banner
banner

Gündəm

Aİ-nin Azərbaycandakı nümayəndəliyi: "Bakı küçələrində iğtişaşları dəstəkləmirik"

Aİ-nin Azərbaycandakı nümayəndəliyi:

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi bəzi KİV-lərin Aİ səfirinin Bakı küçələrindəki iğtişaşları dəstəkləməsiylə bağlı iddialarını tamamilə rədd edir.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin bəyanatında bildirilib.

"Azərbaycan Aİ-nin mühüm tərəfdaşı, "Şərq Tərəfdaşlığı" proqramının üzvü, eləcə də energetika sahəsində strateji tərəfdaşımızdır. Aİ həmçinin Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Tərəfdaşlığımızı inkişaf etdirmək və insan hüquqları da daxil olmaqla, çox sayda mövzunu əhatə edən yeni hərtərəfli Saziş vasitəsi ilə əməkdaşlığımızı genişləndirmək üçün birgə çalışırıq", - bəyanatda deyilir.

Qeyd olunur ki, Aİ Azərbaycanın islahatlar proqramını dəstəkləməyə davam edir: "Aİ həm neft, həm də qeyri-neft sektorlarında Azərbaycanın ilk ticarət tərəfdaşı və investordur. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi proqramını dəstəkləyirik, o cümlədən təhsil və regional inkişafa dəstək verməklə bunu edirik".

"Aİ nümayəndəliyi beynəlxalq hüquq və təcrübəyə uyğun olaraq, Azərbaycan cəmiyyətinin bütün təbəqələri ilə əlaqələrə malikdir. Bu, o deməkdir ki, biz dinləyirik, lakin tərəf tutmuruq. Bütün dünyada diplomatik xidmətlər tərəfindən tətbiq olunduğuna görə, biz də həm hökumət nümayəndələri, həm də müxalifət, vətəndaş cəmiyyəti və digər qruplarla görüşürük", - bəyanatda bildirilib.

Xatırladaq ki, daha əvvəl Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab olaraq mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsində "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.