Keçmiş model Demet Şenerin basketbolçu İbrahim Kutluaydan olan qızı İrəmlə, əri Cenk Küpeli dalaşıb.
Axşam.az xəbər verir ki, onlar ailəvi getdikləri bir məkanda hər kəsin içində yüksək səslə mübahisə ediblər. Səslərin yüksəldiyini görən Demet 13 yaşlı qızını da götürərək, oradan uzaqlaşıb. O, İrəmi sakitləşdirmək üçün alış-veriş edib və kinoya aparıb. Demet daha sonra qızı ilə ərini yenidən bir araya gətirərək barışdırıb.
Son günlər C.Küpeli ilə valideynləri arasında Demetə görə soyuqluq yaranıb. Belə ki, Cenkin atasının iddiasına görə, Demet onun oğlu ilə keçmiş əri İbrahimi unutmaq üçün evlənib. İrəm ilə Cenkin münasibətinin də məhz bu səbəblə pozulması istisna edilmir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.