banner
banner

Sosİal

Şərurlu İsfəndiyar”dan ittihamlara cavab

Şərurlu İsfəndiyar”dan ittihamlara cavab

“Azərtikinti ATF” MMC tərəfindən aldadılan payçı indi iş adamı İsfəndiyar Axundovdan şikayətçidir. Onun “Yeni Müsavat”a dediyinə görə, əvvəlcə sözügedən firmanın rəhbəri Azər Quliyev tərəfindən fırıldaqla üzləşib.

Şirkətin Xətai rayonu, Telnov küçəsi, 23-47/48 ünvanında binaları inşa olunub. İlkin olaraq 27900 dollar ödəniş edib.

Yerdə qalan 32 min dolları kredit yolu ilə verilməsi müqavilədə göstərilib. T.Hacıyev dörd ay 1000 dollar kredit ödəyib. Dörd aydan sonra isə şirkətin rəhbəri dələduzluğa görə həbs edilib. Həbs edilən şirkət rəhbəri A.Quliyev isə İ.Axundovla şərik olublar. Onun həbsindən sonra evinə “Şərurlu İsfəndiyar” sahib çıxıb.

Şikayətçi deyir ki, 7 ildir müraciət etmədiyi yer qalmayıb, məhkəməyə də üz tutub, amma qərarlar İ.Axundovun xeyrinə təmin olunub: “Sonuncu dəfə avqustda İsfəndiyar Axundovla görüşmüşəm. Mənə təklif edir ki, 85 kvadrat metrlik mənzil üçün 40 min manat ona verim. Qabaqcadan qalan həqiqi borcum olan 10 min manatı isə hissə-hissə ödəyim. Buna qədər şirkətə verdiyim 32 min manatı da üst-üstə gələndə bu ev 82 minə başa gəlir.

Mən müqavilə bağlamışam, ev almışam. Müqavilədə nə göstərilibsə, onu da ödəməliyəm. Niyə 40 min manat əlavə verməliyəm? Ancaq İsfəndiyar Axundov evi mənə iki dəfə satmaq istəyir, evi özündə saxlayır, qaytarmır. Neçə dəfə yanına gedib-gəlmişəm, xeyri olmayıb. Biz əslində Azər Quliyevin həbs olunmasını istəmirdik. İstədiyimiz o idi ki, bizə dəyən maddi ziyan ödənilsin. Azərin özünün də əlində sənədlər vardı. Deyirdi ki, evlər satılacaq, pullar camaata qaytarılacaq. Hətta İsfəndiyar Axundovun vəkili Şahbaz Kərimov məhkəməyə gələndə bizə demişdi ki, sizin evləri qaytaracağıq.

Amma sonra hər şey dəyişdi. Bir il sürən məhkəmə prosesi yekunlaşdı və Azər Quliyev 11 il iş aldı. Bizə dəyən zərəri isə heç kim ödəmədi. “Şərurlu İsfəndiyar” halal evimi verməkdən imtina edir. Mənim kimi 14 nəfər aldadılmış payçı var. Hamımız evsiz-eşiksiz qalmışıq. Tural Hacıyev ölkə prezidentindən kömək istəyir".

İ.Axundov “Yeni Müsavat”a açıqlamasında ittihamlara cavab verdi. İş adamı qeyd etdi ki, nə adıçəkilən tikinti şirkətini tanıyır, nə onun tutulan rəhbərini, nə də şikayətçini. Sahibkar T.Hacıyev adlı şəxsin onunla görüşmədiyini bildirdi və deyilənlərin yalan olduğunu açıqladı. (musavat.com)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.