banner
banner

Gündəm

Şəhid Babək Aslanovun qardaşı danışdı: "Yalan məlumat yayırlar..."

Şəhid Babək Aslanovun qardaşı danışdı:

Noyabrın 6-dan 7-nə keçən gecə Qazaxda şəhid olmuş sərhəd qoşunlarının kiçik giziri Babək Aslanovun qardaşı Nurlan Aslanov sosial şəbəkədə qardaşının adından istifadə edən müxalifət nümayəndələrinə müraciət edib.

Bununla bağlı RePost.Az saytına açıqlama verən Nurlan Abbasov bəzi şəxslərin soial şəbəkədə şəhid qardaşı ilə bağlı yalan məlumat yaydıqlarını bildirib. O qeyd edib ki, bəzi müxalifətçilərin yazdığı kimi qardaşı evin tək övladı deyil. Ailədə 4 qardaş bir bacıdırlar. Babək isə evin 4-cü övladıdır.

Həm də yazıldığı kimi Babək 18 yaşlı əsgər yox, kiçik gizirdir. “Babək əsgərliyini 6 il əvvəl Beyləqan rayonunda Milli Ordunun sıralarında keçirib. Qayıtdıqdan sonra isə Sərhəd Qoşunlarında hərbi qulluğa başlayıb. 5 ildi Sərhəd Qoşunlarının kiçik giziridir. Bu müddət ərzində o, Yevlaxda, Şəmkirədə qulluq edib. Son iki ili isə Qazax rayonunda olub”.

O qeyd edib ki, qardaşının 24 yaşı var. O, 1995-ci iləd anadan olub. Nurlan Aslanov həmçinin əlavə edib ki, bəzi şəxslər anasının yataq xəıstəsi olması barədə yalan məlumatlar da yayırlar. Halbu ki, bunların heç biri doğru deyil.

Nurlan Aslanov həmçinin vurğulayıb ki, öz siyasi maraqları üçün qardaşı haqqında yanlış məlumat yayanların şəxsən səhifələrində iradlar bildirsələr də, şərhləri nəzərə alınmır və ya silinir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.