banner
banner

Sosİal

Abituriyentlərin nəzərinə

Abituriyentlərin nəzərinə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə və 11 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən rus bölməsi abituriyentlərinə müraciət edib.
TQDK-dan Cia.az-a verilən məlumata görə, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu mayın 5-dən 18-dək aparılacaq.
Qəbul qaydalarına əsasən, həmin abituriyentlər həmçinin “Azərbaycan dili” fənnindən də imtahan verməlidirlər. “Azərbaycan dili” fənni üzrə ilk imtahan aprelin 26-da, ikinci imtahan isə iyulun 7-də keçiriləcək.

Qeyd olunan kateqoriyadan olan rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahanda iştirak etmək üçün aprel ayının 15-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (https://eservices.tqdk.gov.az/erizebak/azdili/?frm=egov) daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün tələb olunan iş nömrəsi və şifrəni internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Rus bölməsinin abituriyentləri həmin iş nömrəsi və şifrədən elektron ərizə qəbulunun digər mərhələlərində də istifadə edə biləcəklər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.