banner
banner

Sosİal

Elçin Əlibəyli “Space”dən uzaqlaşdırılıb? – Teleaparıcıdan açıqlama

Elçin Əlibəyli “Space”dən uzaqlaşdırılıb? – Teleaparıcıdan açıqlama

Aparıcı Elçin Əlibəyli “Space”dən uzaqlaşdırılması barədə yayılan xəbərlərə aydınlıq gətirib. 

Musavat.com-a açıqlama verən teleaparıcı hazırda telekanalda olduğunu deyib: “Vaqif müəllimin yanından indi çıxmışam, iclasda idik. Bu gün texniki problem olub, veriliş efirə getməyib. Vaqif müəllim mənim dostumdur. Mən onun istəyi ilə telekanalda qalıb, işimə davam etdim. Yalan məlumatlara inanmasınlar”. 

E.Əlibəyli “Üç badam, bir qozun vətəninə çevrilmişik” sözlərinin müzakirə edilməsinə münasibət bildirib: “Biz hər veriliş üçün sosial problemləri əks etdirən fikirlər yazırıq və mən sonda oxuyuram. Emosional adamam, hisslərə qapılıb, bəzi sözlər dedim. Sonra redaktor həmin görüntülərin efirə getməsini məsləhət bilmədi, montaj oldu. Mən efirə getməyən hissəni paylaşdım. Teleaparıcı səhv edə bilər, sonda redaktor həmin səhvləri düzəltmək üçündür. Mənim fikirlərim efirə getməyib. Mən ölkəmizin Suriyaya çevrilməməsi üçün çağırış etmək niyyətində idim, səhv başa düşüldü. Mən dövlətçiliyimizi və “Space”in yayım siyasətini dəstəkləyirəm”. 

Qeyd edək ki, iki gün öncə Elçin Əlibəylinin sosial şəbəkədə "El bizim, sirr bizim” verilişindən paylaşdığı görüntü müzakirələrə səbəb olub. E.Əlibəyli "Xəbəriniz var kimin vətəninə çevrilmişik? Üç badam, bir qozun vətəninə çevrilmişik. İstəməzdim, belə olsun. Bu, mənim sizinlə sonuncu görüşümdür. Mən də öz sənətimə, peşəmə dəyər verdiyim üçün "Sənətin, peşənin aşağılandığı yerdə olmaram” şüarını irəli sürürəm. Burada sizinlə, televiziya ilə vidalaşıram”, - deyə bildirib. 

“Space” TV-nin rəsmisi Kamil Şahverdi E.Əlibəylinin bu sözlərinin efirə getmədiyini, montaj olunan hissənin sosial şəbəkədə yayılma səbəbini araşdırdıqlarını bildirib.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.