banner
banner

Gündəm

Vilayət Eyvazovdan vacib qərar - Vətəndaşların bu zaman polisə çağırılması qadağan edildi

Vilayət Eyvazovdan vacib qərar -

Törədilmiş və hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimat”a dəyişiklik edilib.

Oxu.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Qərarla təlimata 3.2-2-ci bənd əlavə olunub.

Yeni bənddə göstərilib ki, cinayət barədə “102” xidməti-zəng mərkəzi sisteminə məlumat verən şəxsin ilkin ərizəsinin alınması üçün ərazi polis qurumuna dəvət edilməsi qadağandır.

Lakin hadisə yerinə baxışın keçirilməsinə, müraciət edən və digər şəxslərdən dərhal izahatların alınmasına zərurət olmadığı hallar istisna təşkil edir.

Həmin məlumat üzrə əməliyyat-istintaq qrupu hadisə yerinə dərhal çıxır və müraciət edən şəxsin məlumatına əsasən yerində (hadisə yerində, yaşadığı və ya olduğu ünvanda) şifahi ərizə protokolu tərtib olunur.

Şəxs yazılı müraciət etmək istədikdə ərizəsi alınır. Şəxs məlumat verməkdən və ərizə yazmaqdan imtina etdikdə bu barədə protokol tərtib olunur. Həmin protokolda şəxsin məlumat verməkdən və ərizə yazmaqdan imtinasının səbəbləri haqqında qeyd aparılır. Protokol onu tərtib edən və məlumat verən şəxslər tərəfindən imzalanır. Bununla bağlı orqan rəhbərinin adına raport yazılır. Raport və protokol araşdırma materialına əlavə olunur.

Yalnız hadisə barədə verilmiş məlumatın (cinayət xarakterli olmayan) xarakterindən asılı olaraq orqan rəisinin (olmadıqda məsul növbətçinin) göstərişi əsasında aidiyyəti ünvana polis sahə rəisi (inspektoru), post-patrul, yol-patrul xidməti naryadları, əməliyyat müvəkkili və ya digər struktur qurumların əməkdaşları göndərilir.

Qərarın icrasına nəzarət müvafiq sahəyə kuratorluğu həyata keçirən nazir müavinlərinə həvalə olunub.

Qərar noyabrın 13-dən qüvvəyə minib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.