banner
banner

Gündəm

Prezidentin xalqla birbaşa təması - səmimi ortamın üstünlükləri

Prezidentin xalqla birbaşa təması -

Deputat: “Ölkəmizdəki sabitliyin kökündə dayanan fundamental səbəb də xalq-hakimiyyət birliyidir”

Ölkə prezidenti İlham Əliyev son zamanlar müxtəlif tədbirlərdə, açılış mərasimlərində sadə vətəndaşlarla birbaşa təmas qurur. Prezident onunla şəkil çəkdirmək istəyənləri səmimiyyətlə qəbul edir, onların durumu, vəziyyətləri ilə maraqlanır, xatirə fotosu çəkdirir. Eyni zamanda çəkilən kadrlardan görünən budur ki, ölkə prezidenti vətəndaşların qarşısına onların gözləmədikləri halda çıxır.  Bu zaman hansısa problemi olan vətəndaş bunu prezidentə deməkdən çəkinmir. Ölkə başçısı bir çox hallarda yerindəcə qərar verərək, həmin problemi həll edir. Bütün bunlar ictimaiyyət tərəfindən müsbət qarşılanır. İctimai şəxslər bildirirlər ki, bütün bunlar ölkədə baş verən dəyişikliklərin daha bir göstəricisidir. Ekspertlər söyləyirlər ki, prezident bununla digər məmurlara da örnək olur. O, çıxışlarında da dediyi kimi hər bir məmura xalqın xidmətçisi olduğunu xatırladır.

Deputat Elman Nəsirov “Yeni Müsavat”a söyləyib ki, Azərbaycan prezidenti hər zaman vurğulayıb ki, onun həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycanın vətəndaşı dayanır: “Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının qayğıları, problemləri, təhlükəsizliyi dayanır. Bu siyasət ilk növbədə sosialyönümlüdür. Təsadüfi deyil ki, 2020-ci ilin büdcəsində göstərilir ki, sosial xərclər 38.5 faiz təşkil edəcək. Yəni 39 faizə yaxın bir rəqəmdə ifadəsini tapacaq. Artımı 2020-ci ildə əhali öz üzərində hiss edəcək. Cənab prezident bu siyasətini həyata keçirməklə, insanların sosial rifahının yüksəldilməsi istiqamətində çox ciddi addımlara imza atır. İl ərzində 2 dəfə sosial islahatlar paketi qəbul edilib. Nəticədə isə 4 milyon 200 mindən çox insan, yəni hər bir Azərbaycan ailəsi sosial rifahla bağlı atılmış addımları öz üzərində hiss edir. Minimum əmək haqqı, minimum pensiyalar artırılıb.

Prezidentin xalqla birbaşa təması ile ilgili görsel sonucu

Eyni zamanda müharibə əlillərinə, Qarabağ qaçqınlarına ayrılan vəsaitin həcmi artıb. Bununla yanaşı, problemli kreditlər məsələsi də öz həllini tapıb. İnsanlarımız da bunu görürlər və qiymətləndirirlər. Xüsusilə də şəhid ailələrinə cənab prezidentin çox böyük diqqəti var. Bu istiqamətdə də 2019-cu ildə müvafiq addımlar atıldı. Şəhid ailələrinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi ilə bağlı qərar verildi. Bütün bunların hamısı bir daha təsdiq edir ki, cənab prezident 2003-cü ildə verdiyi vədləri necə də yüksək səviyyədə yerinə yetirir. O zaman söyləmişdi ki, xalqım mənə etimad edib, prezident seçərsə, həmişə hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam. Cənab prezident 2018-ci il 11 aprel tarixində xalqın mütləq əksəriyyətinin yenidən etimadını qazanıb, 7 il üçün prezident seçildikdən sonra aprelin 18-də parlamentdə andiçmə mərasimi keçirdi. Orada da bir daha qeyd etdi ki, islahatlar daha da dərinləşdirilərək, yeni mərhələyə daxil olacaq”.

Deputat Elman Nəsirov ile ilgili görsel sonucu

Deputat bildirib ki, islahatlar deyildiyi kimi, hərtərəfli xarakter daşıyır:

“Sosial, iqtisadi, məhkəmə-hüquq sistemlərini əhatə edir. Cənab prezident təkcə islahatlar proqramı qəbul etmir, təkcə bu istiqamətdə sərəncamlar vermir. Eyni zamanda islahatların ünvanlandığı əhali ilə çox intensiv şəkildə görüşlər keçirir. Ölkə prezidenti xalqın içərisindədir və birbaşa olaraq xalqla təmasdadır. Onların qayğı və problemlərini birbaşa ünsiyyət prosesində dinləyir, yerindəcə qərarlar qəbul edir. Eyni zamanda ona olan müraciətlər toplanır və həmin müraciətlər əsasında cənab prezident sonrakı addımları atır. Xalqımız da bunu qiymətləndirir. Azərbaycanın prezidenti çox cəsarətli və qətiyyətlidir. Bu da təsadüfi bir hal deyil. Çünki prezidentin arxasında xalqın dəstəyi var. Xalqın hər zaman dəstəyini hiss etdiyi üçün cənab prezident bu qədər prinsipial mövqeyə malikdir. Gördüyümüz kimi, bütün bunlar da öz nəticəsini verir. Eyni zamanda cənab prezidentin sosial sahədəki siyasətinin uğurlu təminatında ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da böyük xidmətləri var.

Prezidentin xalqla birbaşa təması ile ilgili görsel sonucu

Çünki o, hələ 2017-ci ilin fevral ayının 21-də ölkənin birinci vitse-prezidenti təyin edilən zaman söylədi ki, ilk növbədə daha çox həssas qrupdan olan insanların problemlərinin həlli ilə yaxından məşğul olub, onların həllinə nail olmağa çalışacaq. Söylədi ki, əsas məqsədi odur ki, ona bəslənən inam və etimadı doğrultsun. Bu sahədə də Mehriban xanımın ciddi addımları var. Məcburi köçkünlərin mənzillə təminatı, onların sosial problemlərinin həlli məsələsində, qazilərə olan diqqət sahəsində və eyni zamanda müharibə əlillərinin də problemlərinin aradan qaldırılması baxımından Mehriban xanımın çox böyük fəaliyyəti var. Bu da cənab prezidentin bu istiqamətdə həyata keçirdiyi ümumi siyasətə əlavə dəstək, köməkdir. Bütün bunların da nəticələri göz önündədir. Xalqımız da baş verənləri yaxşı dərk edir və görür. Hesab edirəm ki, ölkəmizdəki sabitliyin kökündə dayanan fundamental səbəb də xalq-hakimiyyət birliyidir. Bu gün xalq öz prezidentini dəstəkləyir. Prezidentin də siyasəti xalqın maraqlarına söylənir. Nəticə də göz önündədir. Ona görə də tədbirlərdə və yaxud da hansısa açılış mərasimlərində prezidentin xalqla səmimi yaxınlaşması, vətəndaşlarla birbaşa təması bütün bu işlərin nəticəsidir və burada qeyri-adi bir hal yoxdur”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.