banner
banner

Gündəm

"Qısa zamanda komadan ayılma ehtimalı böyükdür" - Oqtay Gülalıyev haqqında sevindirici xəbər

"Qısa zamanda komadan ayılma ehtimalı böyükdür" -

İstanbulda Amerikan Xəstəxanasına köçürülən hüquqşünas Oqtay Gülalıyev dünən növbəti dəfə əməliyyat olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Gülalıyev ailəsinə yaxın olan və İstanbulda yaşayan Yaqut Misirxanlı məlumat verib.

O bildirib ki, dünən əməliyyatla Oqtay Gülalıyevin başındakı qanlı su təmizlənib:

“Bu gün rəngi özünə qayıdıb, xeyli yaxşı görünürdü. Həkimi Mehdi Sasani deyir ki, bu elə böyük bir emeliyyat deyil, amma bu kirli suyu təmizləmək onu rahatladacaq. İndi nəfəs alması da yaxşılaşıb, yavaş-yavaş müqaviməti bərpa olur. Sonrasını müalicə göstərəcək”.

Həkimlərlə söhbətləşən Y.Misirxanlı sözlərinə əlavə edib ki, O.Gülalıyevin qısa zamanda komadan ayılma ehtimalı böyükdür.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.