banner
banner

Dünya

Türkiyə təyyarəsi Ukraynada qəzaya uğradı: sərnişinlər təxliyə olundu

Türkiyə təyyarəsi Ukraynada qəzaya uğradı:

“Türk Hava Yolları”na məxsus “Boeing 737” təyyarəsi yerli vaxtla saat 20:55-də Odessa (Ukrayna) aeroportunda qəza enişi edib.

Virtualaz.org strana.UA saytına istinadən bildirir ki, eniş zamanı hava gəmisinin şassiləri qırılıb.

TK 465 reysi ilə İstanbuldan Odessaya uçuş həyata keçirən təyyarənin göyərtəsində 136 sərnişin olub. Onlar qəza trapları vasitəsi ilə təyyarəni tərk ediblər. Xəsarət alan olmayıb.

Qəzanın səbəbləri araşdırılır.   



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.