banner
banner

Hərbİ

Cəbhədə itki vermişik?

Cəbhədə itki vermişik?

"Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı növbəti məlumat yalan və uydurmadır".
Müdafiə Nazirliyindən Cia.az-a bildirilib ki, erməni silahlı qruplaşmaları arasındakı ziddiyətlər, Ermənistandan çağırılan hərbi qulluqçularla Dağlıq Qarabağın yerli erməniləri arasındakı daxili çəkişmələrin nəticəsində bir-birini gülləbaran etməsindən sonra düşmən hər dəfə Azərbaycan tərəfini günahkar çıxarmağa cəhd göstərir. Heç şübhəsiz ötən gecə cəbhədə baş verən hadisə də məhz bu qəbildəndir.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.