banner
banner

Gündəm

Oqtay Gülalıyevin səhhəti ilə bağlı son məlumat

Oqtay Gülalıyevin səhhəti ilə bağlı son məlumat

Hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurması hadisəsindən 1 aydan çox zaman keçib. Hazırda onun  vəziyyətinin ağır olduğu bildirilir. Ailəsi məlumat yayaraq bildirib ki, Gülalıyev birinci dərəcəli ağır komadadır. Səhhətində hələ heç bir irəliləyiş yoxdur. Ötən həftə həkimlər onu palataya köçürüblər.

KXCP sədrinin müavini Xəzər Teyyublu “Yeni Müsavat”a bildirib ki, onlar da partiyadaşlarının səhhəti barəsində mətbuat vasitəsilə məlumat ala bilirlər:

“Biz Oqtay bəyin tez sağalmasını arzu edirik. Dualarımız onunladır. Ancaq məlumatı sosial şəbəkədə ailə üzvlərinin paylaşdıqlarından və mətbuatdan ala bilirik. Bizdə olan məlumat budur ki, Oqtay bəyin vəziyyəti ağır olaraq qalır”.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bundan sonra komada olan Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbulda Avrasiya Xəstəxanasına yerləşdirilib.

İlgili resim

Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Avrasiya xəstəxanasının həkimlərinin son rəyinə istinadən bildirib ki, atasının komadan ayılması 6 aydan 1 ilədək çəkə bilər: “Həkimlərin bildirdiyinə görə, atanın beyın hüceyrələrindən üçü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq,” -Təbriz Gülalıyev qeyd edib.

Noyabrın 19-da hüquq müdafiəçisi İstanbulda yerləşən “Amerika xəstəxanası”na (Amerikan Hastanesi) köçürülüb.

Noyabrın 22-də onun beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb. Bundan sonra da səhhətində irəliləyiş qeydə alınmayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.