banner
banner

Dünya

ABŞ Fransa istehsalı olan məhsullara əlavə vergi tətbiq edəcək

ABŞ Fransa istehsalı olan məhsullara əlavə vergi tətbiq edəcək

Fransanın ABŞ-ın "Google", "Apple", "Facebook" və "Amazon" kimi texnologiya nəhənglərinə tətbiq etdiyi rəqəmsal xidmət vergisinə qarşı tərəfdən cavab gəlib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Fransa istehsalı olan 2,4 milyard dollar dəyərində məhsula əlavə vergi tətbiq etməyi planlaşdırır.

"Fransanın rəqəmsal xidmət vergisi ABŞ şirkətlərinə qarşı ayrı-seçkilikdir", - ABŞ-ın yerli Ticarət Nümayəndəliyindən bildirilib.

Nümayəndəliyin rəhbəri Robert Laythayzer Avstriya, İtaliya və Türkiyəyə qarşı əlavə verginin tətbiq oluna biləcəyini deyib.

Xatırladaq ki, Fransada yeni vergilər ictimai müzakirələr başa çatdıqdan sonra gələn ilin əvvəlindən tətbiq ediləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.