Məktəblilər arasında su çiçəyi epidemiyası yayılıb.
Bu ilin ilk iki ayı ərzində su çiçəyi epidemiyası yenə özünü göstərməyə başlayıb. Amma onların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Xəstəliyin kökünün kəsilə bilməməsinin səbəbi Azərbaycanda buna qarşı immunlaşdırma tədbirlərinin aparılmamasıdır.
Dünyada bu xəstəliyə qarşı peyvəndləmə aparılır. Lakin bizdə, su çiçəyinə görə vaksin tətbiq edilmir. Bu xəstəlik əsasən, məktəb yaşlı uşaqlar arasında yayılır. Su çiçəyi hava damcı yolu ilə keçdiyindən bir-birilə ünsiyyətdə olan uşaqlar tez yoluxa bilir.
Soyuq aylarda su çiçəyi xəstəliyi daha çox yayılır. Bunun da səbəbi havaların soyuq keçməsi və immun sisteminin aşağı düşməsilə əlaqədardır.
“Su çiçəyi keçirməyən uşaqlarar, keçirənlə təmasda olubsa, o zaman onun bu xəstəliyə tutulması etimalı çox yüksəkdir”, – deyə baş pediatr Nəsib Quliyev bildirib.
Su çiçəyinə yoluxan uşaqlarda ilkin olaraq qızdırma, narahatlıq, iştahanın və yuxunun pozulması kimi əlamətlər olur. Xəstəlik nəticəsində ağırlaşmalar da meydana çıxır. Laringit, otit, bronxit, pnevmoniya hətta sepsis kimi ağırlaşmalara da rast gəlinir.
“Su çiçəyinə yolxucu xəstəlikdir. Bunun da digər yolxucu xəstəliklər kimim ağır fəsadları ola da bilər. Əgər müəyyən qaydalara riayət olunmasa ağırlaşma verə bilər”, – deyə həkim Şüküfə Əlikişibəyova qeyd edib.
Uşaqlarla müqayisədə böyüklər bu xəstəliyi daha ağır keçirir. Ondan qorunmaq məqsədilə ilk öncə xəstə uşaqlar bağca və məktəblərdən təcrid edilməlidir. Xəstə ilə təmasda olmuş uşaqlar üzərində isə nəzarət artırılmalıdır. Təmasda olmuş uşaqlara spesifik immunoqlobulinlərin vurulması yoluxma hallarının xeyli azalmasına səbəb olur.
Xəstəlikdən sonra güclü immunitet yaranır. Amma buna baxmayaraq nadir hallarda təkrar xəstələnmə müşahidə edilə bilir. Yəni bəzi şəxslər bu xəstəliyə nadir hallarda ikinci dəfə yoluxur.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.