Nazirliyi mətbuat xidmətindən SİA- ya verilən xəbərə görə, rezidentlər üçün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında 7 noyabr tarixindən başlayaraq bu ilin sonunadək hər cümə günü saat 14.00-da professor Konstantinos Kyriazis tərəfindən Daxili xəstəliklər və Kardiologiya mövzuları üzrə praktiki seminarlar keçiriləcək. İştirak etməkdə maraqlı olan rezidentlər dəvət olunurlar.
Seminarlar müxtəlif mövzularda olacaq. Bunlara sübutlu təbabət, arterial hipertenziya, kardiomiopatiyalar, ürək çatışmazlığı, ürək aritmiyaları, koronar arteriyaların xəstəliyi, ilk Tibbi Yardım və Təkmilləşdirilmiş Tibbi Yardım ─ nəzəriyyə və praktika və digərləri daxildir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.