banner
banner

Sosİal

Azərbaycanda “Qeyri-adi” dəvətnamə

Azərbaycanda “Qeyri-adi” dəvətnamə

Məhərrəmlik ayı başlasa da, toylarla bağlı müzakirələr sosial şəbəkələrdə hələ də davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə sosial şəbəkələrdə toy dəvətnamələri ilə bağlı maraqlı foto yayımlanıb.

Belə ki, fotoda ənənəvi toy dəvətnamələrindən fərqli olaraq qeyri-adi bir cümlə yer alıb: “Gələ bilməsəniz, 100 manat da göndərə bilərsiz”.

Fotonun orijinal, yaxud montaj olduğu haqda dəqiq məlumat olmasa da, istifadəçilər Azərbaycanda belə bir dəvətnamənin olacağına və ev sahibinin bu cür addım atacağına inanmadıqlarını bildirirlər.

***
"Qafqazinfo" məsələ ilə bağlı restoranla əlaqə saxlayıb. Restoranın sahibi Elvin İsgəndərov bildirib ki, sosial şəbəkələrdə "Əfsanə" restoranına məxsus olduğu deyilən dəvətnamənin fotosundan xəbərdardır: "Həmin tarixdə keçirilən toy mərasiminin səbəbkarı olan bəylə əlaqə saxlamışıq. Bəy bizə dedi ki, dəvatnəməni dostu Anar zarafat etmək məqsədi ilə hazırlayıb. Biz düşünürük ki, bu, restoranın nüfuzuna xələl gətirəcək bir hadisədir. Ona görə də məsələni polis araşdıracaq".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.