Fransada 349 azyaşlı uşağa təcavüz edən həkim yaxalanıb
Fransa prokurorluğu 30 il ərzində azyaşlı xəstələrə qarşı təcavüz və seksual xarakterli zorakı hərəkətlər həyata keçirən bir cərrahın 349 qurbanının olduğunu aşkar edib.
Bu barədə Loryan əyalətinin (Fransanın qərbində yerləşir) prokuroru Lorelin Peyrefit jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, həm əldə olunan faktlar, həm də zərərçəkənlərin çoxluğu baxımından bu fövqaladə bir hadisədir.
Prokuror Porefit Le Skuarnek adlı bu həkimin bir çox əməllərinə görə 229 şəxsin ifadə, 197-nin isə şikayət verdiyini bildirib.
Mətbuatın verdiyi xəbərdə 68 yaşlı cərraha qarşı təhqiqata 2017-ci ildən, 6 yaşlı qızın anasının şikayətindən sonra başlandığı qeyd olunur. Le Skuarnek polisə verdiyi ifadəsində hətta öz qardaşı uşaqlarına təcavüz cəhdi etdiyini boynuna alıb. Bundan başqa polis onun evində 200 uşağa seksual xarakterli hərəkətləri qeydə aldığı qovluq aşkar edib.
Cinayət faktlarının bir çoxu həkimin çalışdığı xəstəxanda baş verib. Qeyd olunur ki, hələ 2005-ci ildə adı şəkilən şəxs uşaqların pornoqrafik xarakterli fotolarını saxlamaq üstündə 4 ay müddətinə həbs olunub, lakin sonra azaldığa buraxılıbmış.
Hələlik yalnız 4 hadisə üzrə, 2020-ci ilin martından başlayaraq məhkəmə prosesi həyata keçiriləcək. Qalan faktlar istintaq mərhələsində olsa da, onların da eyni işdə birləşdirilməsi istisna olunmur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.