banner
banner

Gündəm

Rəcəb Tayyib Ərdoğanın oğlu Bakıya gəlib

Rəcəb Tayyib Ərdoğanın oğlu Bakıya gəlib

"Prezidentimizin azərbaycanlı qardaşlarımıza və Cənab prezident İlham Əliyevə doğum günü ilə əlaqədar salamını gətirdik".

"Report"un məlumatına görə, bunu Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən üzrə Prezident Kubokunun final görüşünü izləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O Bakıya səfərinin məqsədini də açıqlayıb: "Bu gün buraya gəlməyimizin səbəbi Azərbaycanın prezidenti İlham Əliyevin doğum gününə təsadüf edən çövkən milli oyunu üzrə Prezident Kubokunun finalı ilə bağlıdır. Bu yarış artıq 7-ci ildir ki, təşkil olunur. Azərbaycan Atçılıq Federasiyası ilə oktyabr ayında İstanbulda təşkil olunan Etnospor Kültür Festivalında Qarabağ atları vasitəsi ilə işbirliyi həyata keçirdik. Onlar da bunun nəticəsi olaraq buradakı finala bizi dəvət etdilər. Biz də Azərbaycanın milli idman növü olan çövkənin finalını izlədik".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.