İngiltərədə bir müəllim sinifdə sevgilisi ilə cinsi əlaqəyə girərkən yaxalanıb. 69 yaşlı Colin Turnbull sinif otağında özünün sənətçi və maneken sevgilisi Rozina Khanim ilə əxlaqsız işlərlə məşğul olarkən tutulub. Sevgililər məktəbdə tələbələrin çox olmağına baxmayaraq öz işlərində olublar. Məktəb direktoru Kevin Birdin Turnbull və Khanimin sinifdə cinsi əlaqəyə girdiyi barədə məlumatlı olduğu və bu barədə ölçu götürmədiyi bəlli olub. Birmingen şəhərindəki xüsusi məktəbdə yaşanan hadisənin imtahan günü baş verdiyi bildirilir. Məsələ böyüdükdən sonra Turnbull işindən çıxıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.