banner
banner

Gündəm

Dünyada quş qripi təhlükəsi - Azərbaycanda nəzarət mexanizmi...

Dünyada quş qripi təhlükəsi

Hər il qış aylarında H5N1 virusunun ( quş qripi) yayılmasının qarşısını almaq üçün dünyada qabaqlayıcı tədbirlər görülür. Bu virusdan dünyanın bir çox ölkələrində, eləcə də bizə qonşu olan Gürcüstanda ölüm halları baş verir. Ancaq Azərbaycanda bu virusa yoluxub, dünyasını dəyişənlərlə bağlı rəsmi məlumat yoxdur. Rəsmi məlumatlarda bildirilir ki, Azərbaycanda kimsədə belə bir virus aşkarlanmayıb. Quş qripi hələ qədim dövrlərdə mövcud olub. Bu xəstəliyə müxtəlif ölkələrdə bir-birindən fərqli adlar verilib. İtalyan alimi Perronçita 1880-ci ildə ilk dəfə olaraq elmi dildə onu “Toyuq tifi” kimi təqdim edib. Sonralar Avropada onu “Quş taunu” adlandırıblar. 1901-ci ildə Çentani bu xəstəliyin virus təbiətli olduğunu müəyyənləşdirib. 1955-ci ildə xəstəliyin törədicisinin A tipinə mənsub influensa olduğu aşkar edilib. Alimlər onu ilk dəfə olaraq 1971-ci ildə “Quş qripi” xəstəliyi adlandırıblar. Xəstəliyin törədicisinin vizionunun böyüklüyü 80-120 nm-dir, bəzən sapkimi şəkildə 400-800 nm ölçüdə ola bilər (nomometr 1 millimertin milyonda bir hissəsidir).

2003-2004-cü illərdə xəstəlik Belçikada, Almaniyada, Honkonqda, Hollandiyada, Cənubi Koreyada, Pakistanda və sonrakı illərdə isə dünyanın bir sıra ölkələrində özünü büruzə verməyə başlayıb. Hazırda yüksək dərəcəli patogen quş qripi bütün dünyada yayılıb. Avropa, Amerika və dünyanın digər inkişaf etmiş ölkələrində xəstəliyin qarşısını almaq üçün daimi monitorinqlər keçirilir.

Hazırda Gürcüstanda B, H3 və H1 virusları geniş yayılıb. Ekspertlər bildirirlər ki, bu ölkəyə gedib-gələn hər bir vətəndaşımız indiki dövrdə müayinədən keçərsə yaxşı olar.

Azərbaycanda mağazalarda bu gün müxtəlif quş növlərinin satışına rast gəlmək mümkündür. Xüsusilə də toyuq və quş məhsulları dondurulmuş və açıq şəkildə satılır. Bəs bu quşlardan təhlükə gözlənilirmi?

“Yeni Müsavat”ın əməkdaşı olaraq mağazalarda olduğumuz zaman öyrəndik ki, məhsullar hələ ölkəyə gətirilən və ya yerli istehsaldırsa qablaşdırılan zaman yoxlanılır.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən “Yeni Müsavat”a bildirildi ki, agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:

 “Ət və ət məhsulları, eləcə də quş ətinin ölkəmizə idxalı üçün agentliyə müraciət daxil olduqda, ilk növbədə ixracatçı ölkədə epizootik vəziyyət ilə bağlı, yəni həmin ölkədə hər hansı heyvan xəstəliklərinin yayılmamasına dair Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatı əsasında müvafiq idxal icazəsi verilir. Məhsullar gömrük ərazisinə idxal olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Quş əti məhsulları yüksək risk qurupuna aid olduğu üçün hər bir məhsul partiyasından agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Laborator müayinələr əsasən məhsulun mikrobioloji, toksikoloji və fiziki-kimyəvi göstəriciləri əsasında həyata keçirilir. Əgər nümunələr qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermirsə, bu zaman idxal olunmuş quş ətinin ixracatçı ölkəyə geri qaytarılması, zərərsizləşdirilməsi və ya utilizasiyası üzrə agentlik tərəfindən zəruri tədbirlər görülür. Ekspertizanın nəticələri uyğun olduğu təqdirdə sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edirlər”.

AQTA-dan ile ilgili görsel sonucu

Agentlikdən qeyd edilib ki, 16-20 dekabr tarixlərində  monitorinq keçirilib:

“Çöl quşları arasında monitorinqlər Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli Park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarını əhatə edib. Həmin ərazilərdən toplanılan çöl quşlarının nümunələri Milli Park ətrafında qurulan və Cənubi Qafqazda ilk dəfə ölkəmizdə istifadə edilən çadırtipli biotəhlükəsizlik səhra laboratoriyasında müayinə olunub. Müayinələr spesifikliyi yüksək və təsdiqləyici metod sayılan Polimeraz Zəncirvari Reaksiya üsulu ilə həyata keçirilib. Mobil şəraitdə müayinələrin aparılmasında məqsəd qısa vaxt ərzində daha çevik və operativ şəkildə nəticələrin əldə edilməsidir.

Eyni zamanda həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı iri quşçuluq müəssisələrində və həyətyanı təsərrüfatlarda saxlanılan müxtəlif növ quşlardan toplanan nümunələr Səyyar Biotəhlükəsizlik Laboratoriyasında müayinə edilib. Aparılan monitorinqlərin nəticələri ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanacaq".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.