banner
banner

Gündəm

Yəhudi Humanitar Mərkəzi Prezidentə şikayət ünvanladı – “Sovetski”də məmurlar evi söküb, pulunu vermirlər

Yəhudi Humanitar Mərkəzi Prezidentə şikayət ünvanladı –

Azərbaycanda fəaliyyətdə olan nüfuzlu Yəhudi Humanitar Mərkəzi “Xesed Qerşon”un rəhbəri Şavul Davidov ölkə başçısına müraciət ünvanlayıb.

Azpost.info-ya daxil olan müraciətin surətindən belə aydın olur ki, Bakının “Sovetski” deyilən ərazisində İsrail vətəndaşının evi olub və həmin ev sökülüb, lakin bu günə qədər müxtəlif bəhanələrlə kompensasiya ödənilməsi məsələsi həllini tapmayıb.

Müraciətdə deyilir:

“Hörmətli cənab prezident!

Bakının “Sovetski” deyilən ərazisində İsrail vətəndaşı A.Baazovanın mülkiyyətində olan evi özünün razılığı olmadan söküblər, ev əşyalarının məhv edib və ona ödənilməli olan kompensasiya ödənmir. Təşkilat olaraq bu qanunsuzluqdan narahatçılıq ifadə edir, A.Baazovanın kompensasiyasının ödənilməsinə göstəriş vermənizi xahiş edirik. Təşkilatın və İsrail vətəndaşının nümayəndəsi dəfələrlə “Sovetski” adlanan ərazidə yerləmiş və sökülmüş evinin kompensasiyasının ödənilməsi məqsədi ilə yaradılmış Komissiyada, Maliyyə Nazirliyinin məsul şəxlərinin qəbulunda olmuş, lakın hər dəfə müxtəlif bəhanələr ilə kompensasiyanın ödənilməsi uzadılmışdır. Sonuncu dəfə nümayəndəyə maliyyə naziri Samir Şərifovun qəbuluna getməyi məsləhət görülmüşdür. Təəssüf hissi ilə bildiririk ki, Azərbaycan Respublikası maliyyə nazirinin qəbuluna müxtəlif bəhanələr ilə düşməyə maneələr törədilir. Bildiririk ki, Komisiyannın dəlilləri heç bir hüquqi əsası yoxdur. Evə dair sənədlər mövcuddur, hətta kommunal hesablar da vardır və dəflərələ komissiyaya təqdim edilib. Bir daha bildiririk ki, İsrail vətəndaşının evinin sökülməsi nəticəsində kompensasiyanın ödənilməsindən yayındığından Mərkəz bu hadisəni pisləyir. Belə xoşagəlməz hadisənin baş verməsi, davam etdirilməsini Azərbaycandakı Yəhudi İcması pisləməklə ölkə başçısı cənab İlham Əliyevdən yaranmış problemin həll edilməsinə dair göstəriş verməsini xahiş edir”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.