banner
banner

Gündəm

Tanınmışların tanınmamış rəqibləri – Müxalifət liderləri kiminlə yarışacaq?

Tanınmışların tanınmamış rəqibləri

YAP-ın namizədlər siyahısında cəmiyyətin yaxşı tanıdığı şəxslərlə yanaşı, xeyli sayda yeni simalar var. Maraqlıdır ki, cəmiyyətə tanış olmayan yeni adlardan bəziləri kifayət qədər tanınmış müstəqil və müxalif namizədlərlə rəqib olacaqlar.

Məsələn, siyahıdan belə məlum olur ki, ADP sədri Sərdar Cəlaloğlu, Müsavat başqanı Arif Hacılı, Ümid Partiyasının sədri İqbal Ağazadə və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun dairələrindən YAP-ın irəli sürdüyü namizədlər tamamilə yeni, indiyə qədər hər hansı geniş siyasi fəaliyyəti ilə seçilməyən, ictimaiyyətə tanış olmayan şəxslərdir.

Belə ki, ADP sədri Sərdar Cəlaloğlu və Müsavat başqanı Arif Hacılının namizədliklərini irəli sürdükləri 15 saylı Yasamal I seçki dairəsindən YAP-ın namizədi Nağıyev Rauf Nəriman oğludur. İnternetdə bu şəxs barəsində axtarış verdikdə, heç bir məlumat çıxmır. Xatırladaq ki, son parlament seçkisində həmin dairəni müstəqil deputat Ülvi Quliyev təmsil edib. O, yenidən bu dairədən namizəddir.

Ümid Partiyasının sədri İqbal Ağazadə və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun namizədliklərini irəli sürdükləri 35 saylı Xətai 3-cü seçki dairəsindən isə hakim partiya Əliyev Turan Adil oğlunun namizədliyini verib. Bu şəxs barəsində də açıq informasiya mənbələrində hər hansı məlumata rast gəlmək mümkün deyil.

Ancaq hər halda, yaxın günlərdə cəmiyyət üçün yeni olan və tanınmayan YAP namizədlərinin kimliyi, fəaliyyətilə bağlı məlumatlar üzə çıxacaq.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.