banner
banner

Gündəm

Elmar Vəliyev danışdı: "...Yunus kimdir?.. Nə olub ki?"

Elmar Vəliyev danışdı:
2018-ci ildə sui-qəsdə məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə bağlı məhkəmə prosesi başlayır. Prosesdə iş üzrə təqsirləndirilən Yunus Səfərov və daha 12 nəfərin ittiham aktına baxılacaq.
 
Bu olayla bağlı hələ bir neçə ay əvvəl gununsesi.org istintaqın Elmar Vəliyevi dindirmədiyini yazmışdı. Buna səbəb isə sabiq icra başçısının səhhətinin yaxşı olmaması göstərilib.
 
Onu da qeyd edək ki, ötən 1 ildən artıq zaman müddətində Elmar Vəliyevin səhhəti ilə bağlı bir-birinə zidd fikirlər yayılıb.
 
Məhkəmə öncəsi saytın əməkdaşı Elmar Vəliyevlə danışa bilib.
 
Sabiq icra başçısı ilə telefon söhbətini olduğu kimi təqdim edirik:
 
- Salam Elmar müəlim.
- Kimdir?
 
- "Günün Səsi” xəbər portalından sizi narahat edirik. Soruşmaq istədiyimiz bir neçə məsələ var. Birinci bilmək istərdik, səhhətiniz necədir? 
- Yaxşıyam. Nə olub ki?
 
- Yəqin ki, xəbəriniz var, Yunus Səfərov məhkəmə qarşısına çıxarılır…
- Yunus kimdir?
 
- Sizə sui-qəsd cinayətini törədən şəxs…
- Hə, nə istəyirsən?
 
- Bilmək istərdik ki, məhkəməyə gedəcəksinizmi? 
- Nə məhkəmə e, sən kimsən?
 
- Dedim axı, jurnalistəm...
 
Sonuncu replikadan əsəbiləşən Elmar Vəliyevin rabitəsiz və qarışıq səslərindən sonra danışıq kəsilib.
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.